Bakının Binəqədi rayonunda aşkarlanmış qaz sızması aradan qaldırılır.
"Azəriqaz" İB-dən verilən məlumata görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar qaz təchizatı səhər saatlarından müvəqqəti olaraq dayandırılıb. Hazırda qaz təminatındakı fasilələr Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R. İsmayılov, Y. Hüseynov, Natəvan küçələrində müşahidə olunur.