USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Enerji içkiləri ilə bağlı yeni qadağalar gəlir

08.11.2019 Sosial
0 0
Yanvarın 1-dən enerji içkilərinin istehsalında hər hansı növ etil spirtinin istifadəsinə yol verilməyəcək. Bu içkilərin tərkibində karbohidratların kütlə payı isə 11%-dən artıq olmayacaq.

"Kommersant.az" Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, AQTA tərəfindən hazırlanan “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə, enerji içkilərinin etiketlərində "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur” sözləri qeyd edilməlidir.

Qeyd edək ki, yanvarın 1-dən “Enerji içkilərinə dair müvəqqəti sanitariya norma və qaydaları”na görə 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq.