USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əli Əsədovdan əhali ilə bağlı mühüm - SƏRƏNCAM

18.11.2019 Sosial
0 0
Baş nazir Əli Əsədov əhalinin sağlamlığının qorunması ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda göstərilib ki, Azərbaycan qanunlarının və Prezidentin aktlarının "Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 27 iyun tarixli 1628-VQD nömrəli qanuna uyğunlaşdırılması ilə bağlı təkliflər 20 gün müddətində Nazirlər Kabinetinə təqdim edilməlidir.

Qeyd edək ki, Ədliyyə Nazirliyi təklifləri Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları razılaşdırmalıdır.

"Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 7-1-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş orqan (qurum) barədə təkliflər 10 gün müddətində Nazirlər Kabinetinə təqdim olunmalıdır.

Sərəncamda qeyd olunub ki, Səhiyyə Nazirliyi Ədliyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, "Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 7-1-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, tibb müəssisələrinin akkreditasiya qaydasının layihəsini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.

Sənəddə razılaşma prosesinin iştirakçıları bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə müvafiq tədbirlər görülməsi icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər "Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsi təmin olunmalıdır.

Mərkəzi icra hakimiyyəti orqanları bir aydan gec olmayaraq öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görməlidir.

Bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları normativ hüquqi aktlarının və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər.

İcra vəziyyəti tələb etdikdə isə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların qanuna uyğunlaşdırılmasını təmin etməlidir.

Bu barədə iki ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir