USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Novruz Məmmədov ADU-nun kollektivinə təqdim olunub

20.11.2019 Sosial
0 0
Azərbaycan Dillər Universitetinin (ADU) Elmi məsələlər üzrə prorektoru təyin edilən Novruz Məmmədov kollektivə təqdim olunub.

Universitetin mətbuat xidmətindən "Kommersant.az"a verilən məlumata görə, N. Məmmədovu professor-müəllim heyətinə ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla təqdim edib.

Kamal Abdulla bildirib ki, universitetdə struktur dəyişikliyi edilib: “Novruz Məmmədov uzun illər ADU-da dekan, kafedra müdiri kimi çalışıb. İnanıram ki, Novruz Məmmədov öz fəaliyyətini bizim universitetdə ləyaqətlə davam edəcək. Bundan sonra Novruz müəllim öz doğma universitetində çalışacaq”.

N. Məmmədov ona göstərilən etimada görə təşəkkür edib: “Yenidən Azərbaycan Dillər Universitetində qayıtmaqdan məmnunam. Bura qayıtmaq mənə daxili rahatlıq gətirir. Azərbaycan Dillər Universitetinin yüksək nüfuzu var. Onun nüfuzunu daha da qaldırmaq üçün çalışacağam”.

Qeyd edək ki, Novruz Məmmədov 25 il Azərbaycan Dillər Universitetində çalışıb. Bu illər ərzində baş müəllim, dosent, dekan, kafedra müdiri kimi fəaliyyət göstərib.