USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha bir şəxs vəzifəsini itirdi - SƏRƏNCAM

03.12.2019 Sosial
0 0
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov vəzifəsindən azad olunub.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Vəli Allahverdi oğlu Hüseynov Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsindən azad edilib.

Ali Attestasiya Komissiyasından fakt təsdiqlənib.

Qeyd edək ki, V.Hüseynov 2010-cu ildən bu vəzifədə çalışırdı. (Report.az)