USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Lider TV” və radiosu bu gündən fəaliyyətini dayandırdı

01.06.2021 Sosial
0 0
Bu gündən "Lider TV"nin və radiosunun fəaliyyəti dayandırılıb.

Kommersant.az” xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 24-də keçirilən iclasında bununla bağlı qərar elan olunub.

Qərara əsasən, şura "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alıb və MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verib.

Beləliklə, qərarla "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.