USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

50 nəfərlik şənlik mərasimlərində maskadan istifadə məcburi olacaq, COVID pasportu tələb olunmayacaq

22.06.2021 Sosial
0 0
50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir.

"Kommersant.az"ın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə”qərara edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmayacaq.