USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş Prokurorluqdan - XƏBƏRDARLIQ

29.06.2021 Sosial
0 0
Son dövrlər ölkə ərazisində ağır nəticələrə səbəb olan yanğın hadisələrinin sayı artıb. Məişətdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması yanğının baş verməsinin əsas səbəblərindəndir.

"Kommersant.az"ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir: "Yaşayış və qeyri-yaşayış binalarının girişində avtomobillərin nizamsız park edilməsi yanğınsöndürən avtomobillərin hadisə yerinə vaxtında çatmasına ciddi maneələr yaradır. insanların səhhət və həyatlarını təhlükə altına qoyan, yanğının baş verməsinə gətirib çıxara bilən hərəkətlərə yol verilməməlidir. Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, bu kimi qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar!"