ƏDV-nin qaytarılması mexanizmi avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına aid edilməyəcək.
“Kommersant.az”ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, sadəcə neft və qaz məhsulları ƏDV-nin qaytarılması mexanizmi tətbiq edilmirdi.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.