2021-ci ilin Oktyabr ayında Azərbaycanın bank sektorunun kredit qoyuluşları 458,6 milyon manat artıb.
“Kommersant.az” xəbər verir ki, 01.11.2021-ci il tarixində cəmi kredit qoyuluşları 15 milyard 997.3 milyon manata çatıb. Sentyabrın ayının sonunda cəmi kredit qoyuluşları 15 milyard 538,7 milyon manat təşkil etmişdi.
Sentyabrda cəmi kredit qoyuluşları 331,9 milyon manat artmışdı.
Ötən ilin sonu ilə müqayisədə isə (cari ilin 10 ayı ərzində) cəmi kredit qoyuluşları 1 milyard 692.6 milyon manat artıb.