Mərkəzi Bank "Toyota Absheron Merkezi” MMC ilə satınalma müqaviləsi imzalayıb.
"Kommersant.az" xəbər verir ki, maliyyə dəyəri 73 300.01 AZN olan müqavilədə Mərkəzi Bankı üçün bir ədəd sedan tipli nəqliyyat vasitəsinin satın alınması nəzərdə tutulur.
"Toyota Absheron Merkezi” MMC 12 yanvar 2021-ci ildə dövlət qeydiyyatlna alınıb. Şirkətin nizamnamə kapitalı 1000 AZN, qanuni təmsilçisi isə Məmmədov Cəmil Böyükağa oğludur.
Şirkətin rəsmi veb-səhifəsində hazırda aşağıdakı avtomobillərin satışda olduğu qeyd edilib:
Mərkəzi Bankla "Toyota Absheron Merkezi” MMC arasındakı müqavilənin maliyyə dəyəri ilə "Camry” və "Toyota Fortuner”in qiymətləri cüzi fərq var. "Toyota Fortuner” sedan tipli olmadığına görə ehtimal etmək olar ki, Mərkəzi Bank şirkətdən "Camry” almaq niyyətindədir.