USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gedişhaqqı artırılıb?

10.01.2022 Sosial
0 0
Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıda 18 və 65 nömrəli marşrut xətlərində qiymət artımı ilə bağlı xəbər yayılıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidməti bildirib ki, sosial şəbəkələrdə yayılan xəbər həqiqəti əks etdirmir.

"Belə həssas məsələlərlə bağlı fikir bildirənlər diqqətli və məsuliyyətli olmalıdır. Kim iddia edirsə ki, qeyd olunan marşrut xətlərində qiymət artımı var buyursun, ''BakıKart''ını təqdim etsin, biz də araşdıraq. "Faiqoğlu"MMC-nin müvəqqəti istismarında olan 18 və 65 nömrəli marşrut xətləri üzrə ödəniş ''BakıKart'' vasitəsilə nağdsız formadadır. Heç bir qiymət dəyişikliyindən söhbət getmir"./Baku.ws