USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bəzi siqaretlər bahalaşdı - Aralarında yerli istehsal da var

14.01.2022 Sosial
0 0
Azərbaycanda supermarketlərdə bir neçə siqaretlərin qiymətləri bahalaşıb. Bəzi markaların hər birində 10 qəpik bahalaşma var.

“Winston Xstyle Caster”in bir qutusunun qiyməti 3.40 manatdan 3.50 manata, “Sobranie KSSS Caster”in isə 3.90 manatdan 4 manata qədər bahalaşıb.

“Winchester KSSS”,“Pall Mall Miamı Sunset” siqaret markalarının hər biri 2.50 manatdan 2.60 manata qədər qiymət artımı yaşayıb.

Azərbaycanda yerli siqaret istehsal edən “Tabaterra” QSC-nin məhsularında da bahalaşma müşahidə edilib. Belə ki, “Argo KS Blue”nin qiyməti 1.8 manatdan 1.9 manata qədər, “Cahan Tabacco İnternational”ın “Want Line-X Red” siqareti isə 2.30 manatdan 2.40 manata qədər bahalaşıb.

Hər iki yerli şirkətə Banker.az tərəfindən baş vermiş bahalaşmanın səbəbi ilə bağlı rəsmi sorğu göndərilib.