USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - VƏZİYYƏT CİDDİDİR

31.01.2022 Sosial
0 0
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 943 yeni yoluxma faktı qeydə alınıb, 1 587 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

29 Yanvar 2022-ci il tarixində 4268 yoluxma faktı və 17 ölüm qeydə alındığı açıqlanmışdı.13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 728 vaksin vurulub.Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 310, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 044 nəfərdir.