USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkəyə avtomobil gətirənlərin nəzərinə

02.02.2022 Sosial
0 0
Azərbaycanda avtomobillərin mühərrikin həcmi və istehsal tarixinə görə aksiz dərəcələrində dəyişiklik olub.

"Kommersant.az"ın məlumatına görə, mühərrikin həcmi 3.000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələri dəyişdirilib.

Belə ki, Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə münasibətdə 1,2; dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.