USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məktəblər bağlanmayacaq - RƏSMİ

08.02.2022 Sosial
0 0
Ölkədə koronavirusa yoluxma hallarının psixoloji həddi keçməsi bəzi müəssisələrdə qapanmaların olacağı haqqında məlumatların yayılmasına səbəb olub. Artıq bir neçə gündür sosial şəbəkələrdə məktəblərin bağlanacağı ilə bağlı iddialar səsləndirilir.

Yayılan məlumatda orta məktəblərin fevralın 15-dən 2 həftəlik bağlanacağı qeyd olunub.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirilib ki, hazırda bu məsələ müzakirə edilmir:

“Bizdə qapanma ilə bağlı bir məlumat yoxdur. Məktəblərin müəyyən müddətə bağlanılması ilə bağlı məsələ nazirliyin gündəliyində deyil”.