USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hemodializ və şəkərli diabetin müalicəsi icbari tibbi sığorta çərçivəsində qarşılanacaq

08.02.2022 Sosial
0 0
“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” və “Şəkərli diabet üzrə Dövlət Proqramı” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.

Bu barədə Agentlikdən bildirilib.

Qeyd olunub ki, həmin diaqnozların təcili tibbi yardım və təxirəsalınmaz yardım xidmətinin təşkili, ambulator tibbi xidmət üzrə ixtisaslı həkim müayinəsi, tibbi göstəriş əsasında instrumental müayinə və laborator analizlər, radioloji xidmətlər və s. həyata keçirilməsi Xidmətlər Zərfi ilə təminata alınıb. Həmçinin stasionar tibbi xidmət üzrə şəkərli diabet xəstəliyi və onun ağırlaşmalarının da təminata alındığı bildirilib.

Nəzərə çatdırılıb ki, həmin proqramlar çərçivəsində sözügedən xəstəliklərlə bağlı ağırlaşmaların qarşısının alınması, xəstəliklərin profilaktikası sahəsində maarifləndirilmə, vətəndaşların dərman preparatları ilə təminatı və s. xidmətlər təminata alınacaq.

Qeyd edək ki, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” və “Şəkərli diabet üzrə Dövlət Proqramı” fevral ayının sonuna qədər Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.