USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan qanunvericiliyindən Milli Televiziya və Radio Şurasının adı çıxarılır

11.02.2022 Sosial
0 0
Azərbaycan qanunvericiliyindən Milli Televiziya və Radio Şurasının adı çıxarılır.

Bununla bağlı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişiklik təklif edilir.

Belə ki, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar bir sıra normativ hüquqi aktların həmin Qanuna uyğunlaşdırılması zərurəti yaranıb. Belə ki, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2022-ci il tarixli Fərmanının 1.1.1-ci maddəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikası Audiovizual Şurasının yaradılması ilə əlaqədar normativ hüquqi aktların uyğunlaşdırılması qeyd olunub.