USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DİM buraxılış imtahanının vaxtı ilə bağlı məsələyə aydınlıq gətirdi

04.03.2022 Sosial
0 0
Nazirlər Kabinetinin qərarına əsasən, 7 mart iş günü ilə 5 mart istirahət gününün dəyişdirilməsindən sonra martın 5-də nəzərdə tutulan buraxılış imtahanının vaxtının dəyişib-dəyişməyəcəyi məsələsinə aydınlıq gətirilib.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, imtahanların elan olunmuş qrafik üzrə - martın 5-də və 6-da keçirilməsi nəzərdə tutulur.