USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Birinci sinfə qəbul imtahanı ləğv edilə bilərmi?

23.08.2022 Sosial
0 0
Elm və təhsil naziri Emin Əmrullayev bəzi məktəblərin birinci sinfinə şagird qəbulu imtahanlarının ləğv edilməsi fikirlərinə aydınlıq gətirib.

Nazir qeyd edib ki, birinci sinfə şagird götürəndə onu imtahan etmək düzgün deyil:

“Amma elə məktəblər var ki, orada 200 yer var, ancaq 600 şagird oxumaq istəyir. Bunun üçün də müəyyən mexanizm olmalıdır. Hazırda sadəcə 30-35 məktəbdə birinci sinfə imtahanla qəbul var”.

Emin Əmrullayev əlavə edib ki, bütün məktəblərdə bu mexanizm tətbiq olunmur:

“Ölkə üzrə Azərbaycan bölməsinə birinci sinfə şagird qəbulu imtahansızdır”.