Sentyabrın 6-dan oktyabrın 1-dək “bənövşəyi xətt”in stansiyaları girişə saat 23:30-da bağlanacaq
Bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “bənövşəyi xətt”in “Xocəsən” - “Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərə başlanılır.
Bununla əlaqədar sentyabrın 6-dan oktyabr ayının 1-nə qədər saat 23:30-da “bənövşəyi xətt”in stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq.