USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AKİA deputata aid olduğu bildirilən “Lerik Broyler”i məhkəməyə verib

10.11.2022 Sosial
0 0
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi İqbal Məmmədova aid olan “Lerik Broyler” MMC-ni məhkəməyə verib.

Kommersant.az xəbər verir ki, Aqrar Kredit və İnkişaf Agentliyinin iddiası Şirvan Kommersiya Məhkəməsinin hakimi İlqar Cabbarovun icraatındadır.

Aqrar Kredit və İnkişaf Agentliyi “Lerik Broyler” MMC-nin arasındakı məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Lizinq müqaviləsi üzrə mübahisələrdir.

Qeyd edək ki, “Lerik Broyler” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Nail Rufulallıdır.