USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ASCO daha 50 milyon dollarlıq istiqraz buraxmaq istəyir

28.12.2022 Sosial
0 0
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO bu gündən investorlara təklif etdiyi 100 milyon ABŞ dolları dəyərində istiqrazları satdıqdan sonra daha 50 milyon dollarlıq istiqraz buraxacaq.

Bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədri Rauf Vəliyev bildirib.

“İstiqraz buraxılışını genişləndirməkdə məqsəd daha geniş bazarlara çıxış əldə etməkdir. Bu ili 70-75 milyon manat mənfəətlə başa vurmağı planlaşdırırıq”, – deyə o qeyd edib.