USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Çindən gələn səyahətçilərə qarşı yeni tədbirlər tətbiq edə bilər

28.12.2022 Sosial
0 0
ABŞ rəhbərliyi COVID-19-un yayılması ilə mübarizə aparmaq məqsədilə Çindən gələn səyahətçilər üçün yeni ehtiyat tədbirləri nəzərdən keçirir.

Bu barədə “Bloomberg” məlumat yayıb.

“ABŞ rəsmiləri hökumətin Çində yoluxma hallarının kəskin artmasından narahat olduğunu və ölkənin virusun yayılması ilə bağlı verdiyi məlumatların şəffaflığı ilə bağlı məsələlər qaldırdığını söyləyib”, – agentlik bildirib.

“Bloomberg”in həmsöhbətlərinə görə, ABŞ rəhbərliyi xəstəliyin yayılmasının qarşısını almaq üçün Çindən gələn səyahətçilərdən test nəticəsi neqativ tələb edən Yaponiya, həmçinin izləmə və epidemik nəzarət tətbiq edən Malayziyaya bənzər tədbirlər tətbiq etməyi düşünür.

2020-ci ildən bəri Çin rəsmiləri COVID-19-a qarşı “sıfır dözümlülük” siyasətini davam etdirirlər ki, bu da virusun yayılmasını məhdudlaşdırmaq məqsədilə yoluxmuş insanlarla təmasda olanlar üçün təcrid və məcburi karantin kimi tədbirlərin tətbiq edilməsi deməkdir. Bununla belə, dekabrın əvvəlində Çin rəhbərliyi virusun yayılmasının qarşısını almaq üçün qəbul edilmiş bir sıra məhdudiyyətləri aradan qaldırıb, bu, halların və ölümlərin kəskin artmasına səbəb olub.