USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi

28.12.2022 Sosial
0 0
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Xəstəxananın direktoru vəzifəsi Azər İsmayılova həvalə edilib.

TƏBİB-dən verilən məlumata görə, bu gün yeni direktor kollektivə təqdim olunub.

Təqdimat mərasimində Vüqar Qurbanov Abşeron Rayon Mərkəzi Xəstəxanasında keyfiyyətli tibbi xidmətin fasiləsiz təmin edilməsi, pasiyent məmnunluğunun artırılması istiqamətində müvafiq göstərişlərini və tapşırıqlarını verib.

Qeyd edək ki, Azər İsmayılov 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində təhsilini davam etdirib. 2009-2015-ci illərdə Türkiyənin Ege Universitetinin Tibb fakültəsində ümumi cərrahiyyə üzrə uzmanlıq təhsil alıb.

2017-2021-ci illər ərzində Yevlax Rayon Mərkəzi Xəstəxanasında, 2021-2022-ci illər ərzində isə Respublika Klinik Xəstəxanasında direktor kimi fəaliyyət göstərib.