USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dekabr ayının hava necə olub?

29.12.2022 Sosial
0 0
Ölkə ərazisində qış fəslinə uyğun sinoptik proseslərlə əlaqədar dekabr ayında əsasən tutqun, buludlu, soyuq hava şəraiti üstünlük təşkil edib. Ayrı-ayrı günlərdə hava qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağıntılı olub, dağlıq və dağətəyi ərazilərdə qar yağıb.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, Bakıda və Abşeron yarımadasında temperatur iqlim norması ilə müqayisədə iki gün norma daxilində, doqquz gün normadan aşağı (4.7 dərəcəyədək), on yeddi gün isə normadan yüksək (4.4 dərəcəyədək) olub.

“Ay ərzində Bakıda və Abşeron yarımadasında ən soyuq gün dekabrın 5-də qeydə alınıb, havanın minimal temperaturu 2 dərəcəyədək isti olub”.

A.Verdiyev onu da bildirib ki, son illərin müşahidə məlumatlarına əsasən Bakıda və Abşeron yarımadasında dekabr ayında havanın maksimal temperaturu 2021-ci ildə 26 dərəcə isti, minimal temperatur isə 2016-cı ildə 4.2 dərəcə şaxta, qar örtüyünün maksimal hündürlüyü 7-10 sm təşkil edib.

“Son illər ərzində Bakıda və Abşeron yarımadasında qar 2015-ci ildə dekabrın 31-də, 2016-ci ildə isə yanvarın 1-2-də yağıb”.