USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bələdiyyə sədrləri özlərini ağa kimi aparır - Tahir Rzayev

19.01.2023 Sosial
0 0
Son zamanların müşahidəsi onu deməyə əsas verir ki, bələdiyyə sədrləri yerlərdə özlərini ağa kimi aparır. Vətəndaşa, sahibkara dəstək vermirlər.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev komitənin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bələdiyyələrlə bağlı onlara çox sayda müraciətlər var.

“Bələdiyyə sədrləri qanunvericiliyi bilmir. Torpağın icarə haqqını 10 qat artırır. İcarədar da şikayət edir. Bələdiyyə sədrləri vətəndaşdan nəsə umur. Belə olanda bələdiyyələrin işi getməyəcək. Misal olaraq, təmsil etdiyim Ağcabədidə bələdiyyə 400 min manata yaxın torpaq vergisi yığa bilər. Amma bunu edə bilmir, hətta bələdiyyə üzvlərinə əməkhaqqı verə bilmir.

Onların vətəndaşlarla heç bir münasibəti yoxdur. Belə olan halda vətəndaş bələdiyyəyə hansı etimadı göstərə bilər? Təbii ki, bu etimad olmayacaq. Bu gündən-günə azalır. Bəzi ağıllı bələdiyyələr var ki, müəyyən mehmanxanalarla əməkdaşlıq edib ödəniş ala bilirlər”, - deyə o qeyd edib.