USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Amerikanın ən çox maaş alan futbolçusu - İbrahimoviç

13.06.2019 İdman
0 0
"Los-Anceles Qelaksi"nun futbolçusu Zlatan İbrahimoviç MLS liqasında 2019-cu ilin ən çox maaş alan oyunçusu olub.
"Kommersant.az" xəbər verir ki, onun builki maaşı 7.2 milyon dollar təşkil edəcək. Bununla da isveçli hücumçu 2017 və 2018-ci illərdə 7.1 milyon dollar qazanan "Toronto"nun sabiq oyunçusu Sebastyon Covikinkonun rekordunu geridə qoyub. Siyahının ikinci pilləsində Covanni dos Santos ("Los Anceles Qelaksi", 6.5 milyon dollar), üçüncü pilləsində isə Maykl Bredli ("Toronto", 6.43 milyon dollar) qərarlaşıb. Qeyd edək ki, İbrahimoviç ötən ilin mart ayından ABŞ təmsilçisində çıxış edir. Yeni Sabah