"Hopper" portalı "İnstaqram"da ən bahalı reklama sahib idmançıların reytinqini dərc edib.
"Kommersant.az" xəbər verir ki, siyahının ilk pilləsində Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronalo qərarlaşıb. Onun hesabında reklam postu 975 min dollar dəyərindədir.
İkinci pillədə 722 min dollarla Neymar (Braziliya, PSJ), üçüncü pillədə 648 min dollarla Lionel Messi (Argentina, "Barselona") qərarlaşıb.
İlk onluqda futbolçulardan həmçinin, İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem (357 min dollar, 4-cü yer), Braziliya millisinin sabiq oyunçusu Ronaldinyo (256 min dollar, 6-cı), Uels yığmasının və "Real"ın hücumçusu Qaret Beyl (218 min dollar, 7-ci), "Los Anceles Qelaksi"nin hücumçusu Zlatan İbrahimoviç (200 min dollar, 8-ci), Uruqvay millisinin və "Barselona"nın futbolçusu Luis Suares (184 min dollar, 10-cu) qərarlaşıb. (Qol.az)