İngiltərənin “Mançester Yunayted” klubu Harri Maquayrın transferini rəsmiləşdirib.
"Kommersant.az" xəbıər verir ki, “Lester”dən transfer olunan ingiltərəli müdafiəçi futbol tarixinə düşüb.
Keçidi 80 milyon funt sterlinqə başa gələn H.Maquayr tarixin ən bahalı müdafiəçisi olub. 26 yaşlı arxa xətt oyunçusu Vircil van Deykin rekordunu arxada qoyub. “Liverpul” müdafiəçisini ilyarım öncə “Sauthempton”dan 75 milyon funt sterlinqə transfer etmişdi.
Qeyd edək ki, futbolçunun özü “Mançester Yunayted”də ilə 5,5 milyon avro qazanacaq.