USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hakimlərin maaşı azaldıldı

14.08.2019 İdman
0 0
Azərbaycanda futbol üzrə I Divizionun oyunlarına təyinat alan yan xətt hakimlərinin qonorarları artırılıb.

"Kommersant.az" Report-a istinadən xəbər verir ki, 2019/2020 mövsümü üçün Premyer Liqa, Azərbaycan Kuboku və I Divizion yarışlarının Əsasnaməsində yer alan göstəricilərə əsasən, I Divizionunun qarşılaşmalarında iş başında olacaq yan xətt hakimləri, eləcə də hakim-inspektor və AFFA nümayəndələrinə əvvəlki kimi 150 manat deyil, 200 manat ödəniləcək.

Premyer Liqa və Azərbaycan Kubokunun oyunlarını idarə edəcək baş hakimlərin qonorarları isə azaldılıb. Referilər hər bir matç üçün 700 manat deyil, 650 manat alacaqlar.

Premyer Liqa və Azərbaycan Kuboku

Baş hakim – 650 manat

Yan xətt hakimi – 400 manat (hər biri)

Ehtiyat hakim – 250 manat

Hakim-inspektor – 300 manat

AFFA nümayəndəsi – 300 manat

I Divizion

Baş hakim – 300 manat

Yan xətt hakimi – 200 manat (hər biri)

Ehtiyat hakim – 120 manat

Hakim-inspektor – 200 manat

AFFA nümayəndəsi – 200 manat