USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Qarabağ"a 20 min avroluq cərimə

24.08.2019 İdman
0 0
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi "Qarabağ"ı cərimələyib.

"Kommersant.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, buna səbəb iyulun 31-də ÇL-in II təsnifat mərhələsində "Dalğa Arena"da keçirilən "Qarabağ" - "Dundalk" (İrlandiya) oyununun (3:0) ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsidir. Nəticədə "Qarabağ" 20 min avro (38 min manat) məbləğində cərimələnib.

Qeyd edək ki, ÇL-in III təsnifat mərhələsində Kipr APOEL-ini (2:1, 0:2) keçə bilməyən "Qarabağ" çıxışını Avropa Liqasında davam etdirir. Avroliqanın pley-off mərhələsində Şimali İrlandiyadanın "Linfild" komandası ilə qarşılaşan Ağdam təmsilçisi 2:3 hesabı ilə uduzub. Cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. (Sport7.az)