USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çövkən oyunu üzrə “100 İllik Yubiley Kuboku” keçirilir

05.06.2018 İdman
0 0
Çövkən oyunu üzrə “100 İllik Yubiley Kuboku”nda görüşlər gərgin və maraqlı idman mübarizəsi şəraitində keçir. Bu, turnirdə iştirak edən klubların hazırlıq səviyyəsinin yüksək olduğunu göstərir.

"Kommersant" bildirir ki, bu sözləri Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan Milli Atçılıq Festivalı çərçivəsində iyunun 5-də start verilən çövkən milli atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinin iştirakçısı, “Buta Qolden” klubunun kapitanı Elnur Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.

E.Məmmədov bildirib: “Turnirdə iştirak edən hər bir komanda “100 İllik Yubiley Kuboku”na sahib olmağa çalışır. Bizim klubumuz bu yarışa çox ciddi hazırlaşıb. İlk rəqibimiz “Murad” komandası idi. Daha təcrübəli olan komandamız rəqib üzərində 4:0 hesablı qələbə qazandı. Növbəti görüşümüz Ağcabədi təmsilçiləri ilə olacaq. Ümid edirik ki, həmin oyunda da qalib gəlib medal uğrunda mübarizəni davam etdirəcəyik”.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunan Milli Atçılıq Festivalının, o cümlədən çövkən oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinin əhəmiyyətini xüsusi qeyd edən E.Məmmədov belə yarışların ölkəmizdə atçılıq idmanının inkişafına mühüm töhfə verdiyini bildirib. O, turnirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikası Atçılıq Federasiyasının rəhbərliyinə minnətdarlığını ifadə edib.