USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Formula-1"in əsasnaməsindəki dəyişikliklər təsdiqlənib

07.06.2018 İdman
0 0
Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" üzrə dünya çempionatının əsasnaməsindəki dəyişiklikləri təsdiqləyib.

"Kommersant"ın məlumatına görə, idman və texniki qaydalardakı dəyişikliklər 2019-cu il mövsümündən qüvvəyə minəcək.

Bunlar ön qanad, əyləc kanalları, arxa qanadda aerodinamik dəyişiklikləri özündə birləşdirir və ötmə əməliyyatlarının artırılmasına yönəldilib.

Həmçinin FİA 2018-ci ilin idman yarışları qaydalarındakı dəyişiklikləri təsdiqləyib. Yeni qaydaya əsasən, avtomobillər və sürücülər dövlət himninin səsləndirilmə mərasiminə 10 dəqiqə qalmış start hasarında olmalıdırlar. Bu da medianın sürücülərə daha yaxşı çıxışını təmin etmək üçündür.

Qeyd edək ki, dəyişikliklər 8 - 10 iyunda keçiriləcək Kanada Qran Prisindən başlayaraq fəaliyyət göstərəcək.