USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanlı məşqçilər DÇ-2018-in oyunlarından imtahan verəcəklər

08.06.2018 İdman
0 0
məşqçilər futbol üzrə 2018-ci il dünya çempionatının Azərbaycanlı məşqçilər futbol üzrə 2018-ci il dünya çempionatının oyunlarından imtahan verəcəklər.

"Kommersant" bildirir ki, bu barədə AFFA-nın məşqçi kurslarının maarifləndirmə üzrə direktoru Aslan Kərimov "Report"a açıqlayıb.

O deyib ki, ötən ayın sonlarında AFFA-nın təşkilatçılığı ilə Bakıda keçirilən UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun imtahanlar mərhələsi baş tutsa da, qiymətləndirmə olmayıb: “Çünki kurs ərzində bir neçə gün gəlməyənlər vardı. Əvvəlcə buna icazə verilmişdi. Daha sonra UEFA-dan dəvət olunmuş rəhbər-mütəxəssis Dani Rayser həmin buraxılan günlərin doldurulmalı olduğunu bildirdi. Ona görə də qərara alındı ki, Pro kateqoriyalı məşqçi kursunda iştirak edən məşqçilərin hamısı DÇ-2018-in oyunlarında da iştirak edərək analizlər aparıb imtahan versinlər. Yəni bu, əlavə modul olacaq. İmtahanların nəticəsi, təxminən, avqustun sonu – sentyabrın əvvəlində bilinəcək”.

Qeyd edək ki, Pro kateqoriyalı məşqçi kursunda 11 nəfər - “Sabah” komandasının baş məşqçisi Elşad Əhmədov, "Qarabağ” komandasının məşqçisi Elçin Rəhmanov, Ağdam təmsilçisinin kapitanı, 20 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd, 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Zaur Həşimov, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ramin Quliyev, "Mançester Yunayted” Futbol Məktəbinin baş məşqçisi Mik Bennett, eləcə də Samir Abasov, Mahmud Qurbanov, Siyasət Əsgərov və Baba Əsgərov iştirak edirlər.