USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gün Dünya çempionatı start götürəcək

14.06.2018 İdman
0 0
Bu gün Rusiyanın paytaxtı Moskvada futbol üzrə 2018-ci il dünya çempionatı start götürəcək.

XXI mundialın Bakı vaxtı ilə saat 18:30-da başlanacaq açılış mərasimi “Lujniki” stadionunda keçiriləcək. Təbdirdə britaniyalı ifaçı Robbi Uilyams və rusiyalı opera müğənnisi Aida Qarifullina çıxış edəcəklər.

Mərasimə 20-dən çox ölkənin başçısı, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev də qatılacaq. Mundialın ilk oyunu meydan sahibi Rusiya millisi ilə Səudiyyə Ərəbistanı yığması arasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

İyulun 15-də yekun vurulacaq dünya çempionatının oyunları Rusiyanın 11 şəhərində - Moskva (“Lujniki” və “Spartak”), Kalininqrad (“Kalininqrad” stadionu), Sankt-Peterburq (“Sankt-Peterburq” stadionu), Nijni Novqorod (“Nijni Novqorod” stadionu), Volqoqrad (“Volqoqrad Arena”), Kazan (“Kazan Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-Don (“Rostov Arena”), Soçi ("Fişt" stadionu) və Yekaterinburqda (“Yekaterinburq Arena”) yerləşən 12 stadionda keçiriləcək.

DÇ-2018-də Avropanı meydan sahibi Rusiyadan əlavə 13 yığma – Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç və Danimarka təmsil edəcək.

Cənubi Amerikadan 5 ölkə - Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru bu hüquqa yiyələnibsə, Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən 3 ölkə - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.

Asiya zonası üzrə 5 komanda - İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı mundialda Afrika da eyni sayda ölkə - Nigeriya, Misir, Seneqal, Mərakeş və Tunislə təmsil olunacaq.