USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

EKTOR KUPER: "RAMAZAN BUGÜNKÜ MƏĞLUBİYYƏT ÜÇÜN BƏHANƏ DEYİL

15.06.2018 İdman
0 0
EKTOR KUPER: "RAMAZAN BUGÜNKÜ MƏĞLUBİYYƏT ÜÇÜN BƏHANƏ DEYİL

"Kommersant" bildirir ki, bunu futbol üzrə Misir yığma komandasının baş məşqçisi Ektor Kuper DÇ-2018-də Uruqvaya 0:1 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında "Report"un sualını cavablandırarkən deyib.

O bildirib ki, futbolçular meydanda əllərindən gələni ediblər:

"Ramazan ramazandır. Onun oyuna təsir etdiyini söyləmək çətin məsələdir. Bu, bugünkü matç üçün bəhanə deyil. Yenə də, bütün misirli oyunçular artıq çoxdan buna öyrəşiblər. Bilirdik ki, qabaqda bizi çətin oyun gözləyir və xeyli istirahət etmişdik".

Oyundan bir gün əvvəl Rusiyanın Yekaterinburq şəhərinin müsəlman icması Misir yığmasının futbolçularını Ramazan bayramını birlikdə qeyd etməyə dəvət ediblər. Misirlilər oyuna hazırlıq səbəbindən dəvəti cavabsız qoyublar.