USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan karateçiləri Xorvatiyada 6 medal qazanıblar

09.07.2018 İdman
3 0
Azərbaycan karateçiləri Xorvatiyanın Umaq şəhərində Karate1 Gənclər liqasının ikinci mərhələsində 3 medala sahib olub.

"Kommersant" “Report”a istinadən xəbər verir ki, 14 yaşadək idmançılar arasında Fərid Savadov (-40 kq) bürünc medal, 14-15 yaşlı yeniyetmələrdə Fərid Ağayev (-70 kq) gümüş mükafat, Fidan Dadaşova isə (-47 kq) bürünc medal qazanıb.

Mədinə Sadıqova (-53 kq) və Bəxtiyar Rzayev (-68 kq) təsəlliverici görüşlərə qatılsalar da, nəticə uğursuz alınıb. B.Rzayev ciddi zədə aldığından mübarizəni davam etdirə bilməyib.

74 ölkədən 1874 idmançının iştirakı ilə Dünya Karate Federasiyasının (WKF) bu mötəbər liqa yarışından bir gün əvvəl isə 12-21 yaşlılar arasında WKF Kuboku uğrunda turnirdə milli komandanın üzvləri iki qızıl və bir bürünc medala yiyələnib.

Roman Heydərov (kata) və Murad Hacızadənin (+84 kq) çempionluğu, Hüseyn Alıyevin (-67 kq) üçüncü yeri tutması ilə birgə, karateçilərimiz milli komandanın məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Qurban Tağıyevin rəhbərliyi altında Xorvatiyada nüfuzlu turnirlədə iki qızıl, bir gümüş və üç bürünc medal əldə edib. Beynəlxalq hakim Vüqar Kərimov da bu turnirlərin hakimləri arasında olub.

İdmançılar 10 iyulda vətənə dönəcək.