USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qəbələdə stend atıcılığı üzrə Beynəlxalq Qran-pri yarışları davam edir

09.05.2018 İdman
0 0
Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş stend atıcılığı üzrə Beynəlxalq Qran-pri yarışları davam edir.

Mayın 9-da qadın və kişilər arasında səngər stend yarışlarının ilk təsnifat mərhələsi keçirilib.

Bu yarışda 8 ölkədən 33 idmançı 125 hədəfdən 75-nə atəş açıb. Dünyanın tanınmış atıcısı olan rusiyalı olimpiya çempionu Aleksey Alipov 75 hədəfin hamısını uğurla vuraraq turnir cədvəlində birinci olub. Hazırda xal hesabına görə öndə olan 6 idmançıdan 3-ü Rusiya, biri İran, ikisi Azərbaycanı təmsil edir. Tamerlan Məmmədov 71 xalla 2-ci, Əli Hüseynli 70 xalla 4-cü sıradadır.

Qadınların yarışında isə Ukrayna atıcısı Alyona Axotska 75 hədəfdən 68-ni vuraraq turnir cədvəlində birinci yerdə qərarlaşıb. Bu yarışda Azərbaycan atıcısı Aydan Camalova və rusiyalı Nataliya Zvyaqintseva 67 xalla 2-ci sıradadır.

Mayın 10-da bu yarışların ikinci mərhələsi üzrə daha 50 hədəfə atəş açılacaq və finalçılar məlum olacaq. Həmin gün eyni zamanda dairəvi stend atıcılığı üzrə idmançıların məşq prosesi olacaq.

Qeyd edək ki, “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Azərbaycan Atıcılıq Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışlarda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Özbəkistan, Rusiya, İran, BƏƏ və Bəhreyndən 70 idmançı iştirak edir. Azərbaycanı bu mötəbər yarışda 26 idmançı təmsil edir. Səngər stend yarışlarında 3, dairəvi stend yarışlarında isə 4 gənc idmançımız iştirak edir. Beynəlxalq Qran-pri yarışlarında dünyanın tanınmış idmançıları ilə birgə bizim gənc atıcıların da yarışması onların yaxşı təcrübə toplamasına imkan yaradır.

Mayın 12-dək davam edəcək mötəbər yarışda idmançılar 6 dəst medal uğrunda mübarizə aparacaqlar. Atıcılığın səngər və dairəvi stend növləri üzrə keçirilən bu yarışda gənclər, kişilər və qadınlar mükafatlar uğrunda mübarizə aparır. Yarışın rəsmi açılış mərasimi mayın 10-da olacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, mayın 9-da qadın və kişilər arasında səngər stend yarışlarının ilk təsnifat mərhələsi keçirilib.