Baki Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tender elan edir.
lot 1 - Nəqliyyat vasitələri
lot 2 - xüsusi texnikanın alınması
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179. (Əlaqələndirici şəxs : YƏHYA ƏLİYEV İKRAM OĞLU , telefon : 012-562-48-32 (dax.nömrə 526)) ünvanından ala bilərlər.
İştirak haqqı:
lot 1 - 100 AZN
lot 2 - 100 AZN
Bank rekvizitləri:
Hesab: AZ77CTRE00000000000002517631
VÖEN: 1401555071
Bank: Dövlət Xəzinədarlığı Agentliyi büdcə səviyyəsinin kodu 7 y, iqtisadi təsnifat 142340
Kodu: 210005
M/H: AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24.05.2019 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 03.06.2019 17:00 qədər Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179. ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 04.06.2019 11:30 tarixindəBakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 179. ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.