Dövlət Turizm Agentliyi tərəfindən xaricdə 12 aylıq ölkə turizminin təbliğinə dair təmsilçilik fəaliyyəti ilə bağlı xidmətlərin satın alınması üzrə açıq tender keçirir.
"Kommersant.az" xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 18.03.2020 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 02.04.2020 18:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 03.04.2020 12:00 tarixində aparılacaq.
Əlaqələndirici şəxs : Vəliyev Zahid
Telefon: (994 12) 594-54-01 238
Ünvan: Nizami 96E, Landmark I, 3-cü mərtəbə
Qeyd edək ki, tenderdə iştirak haqqı 2500 manatdır.