Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondu Azərbaycan dilində sığorta fəaliyyətinə tam adaptasiya olunmuş mühasibatlıq konfiqurasiyalı proqram təminatının alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Fins.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azər Audit Konsalting" MMC-dir.