USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZAL-dan TENDER: elektrik malları satın alınacaq

09.04.2021 Tender
0 0
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Hava Yolları” QSC üçün elektrik mallarının satınalınması məqsədilə 1 lotdan ibarət açıq tender elan edir.

"Kommersant.az" xəbər verir ki, AZAL tender iştirakçılarına dövlət satınalmalarının vahid internet Portalına (www.etender.gov.az) elektron imzaları vasitəsilə daxil olmaları və tender haqqında ətraflı məlumatı və əsas şərtlər toplusunu əldə etmələrini təklif edir.

Bildirilir ki, müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

Tenderdə iştirak haqqı 100 manat müəyyən edilib.