İqtisadiyyat Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yataqxana kompleksinin tikintisi ilə əlaqədar investorlar seçir. Bu barədə nazirliyin elanında deyilir.
Yataqxana kompleksinin tikintisi üzrə investisiya layihəsi "Tik-idarə et-təhvil ver" modeli çərçivəsində həyata keçiriləcək.
Namizəd şirkətlər investisiya təkliflərini 3 avqust 2018-ci il tarixinədək təqdim edə bilər.
Tender proseduru avqustun 4-də baş tutacaq.
Müsabiqə zamanı qalib şirkətin seçilməsi üçün aşağıdakı meyarlardan istifadə olunacaq: Təklifin qiyməti; namizəd şirkətin ixtisas göstəriciləri; ən ucuz xidmət haqqı; ən az idarəetmə və təhvilvermə müddəti.
Müsabiqənin qalibi ilə 5 iş günü ərzində müqavilə imzalanacaq.