Dövlət Satınalmaları Elektron Portalında problem yaşanıb.
Kommersant.az xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında gecikmələr baş verib və tenderlərlə bağlı təkliflərin təqdim olunması vaxtı uzadılıb.
Qurumdan verilən məlumata görə, dövlət satınalmaları vahid internet portalında 5 aprel 2023-cü il tarixində yaranmış gecikmələr səbəbindən təkliflərin təqdim olunmasının son tarixi və açılış tarixi qeyd olunan müddətə təsadüf edən müsabiqələr üzrə həmin tarixlər 5 aprel saat 23.59 olaraq dəyişdirilib.