Tenderin adı: “AFB BANK” ASC tərəfindən dəftərxana, təsərrüfat və qida məhsullarının satın alınması
Tenderin elan tarixi: 07.01.2025
Tenderin son tarixi : 24.01.2025
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər: tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
Bu sahədə əməkdaşlıq etdiyi təşkilatların adlı siyahısı;
Müvafiq sahədə əməkdaşlıq etdiyi şirkətlərin tövsiyyə məktubu
Tenderdə iştirak etmək istəyən şirkətlərin sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyəti olmalıdır;
Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə 14.01.2025-ci il -tarixinə kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərməlidir.Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və digər məlumatlar göndəriləcək. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( [email protected] ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.