USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Metropoliten 1800 manata - TENDER ELAN EDİR

27.10.2018 Tender
0 0
"Bakı Metropoliteni" QSC Xətai stansiyasının əsaslı təmiri üçün zəruri olan tikinti quraşdırma işləri ilə bağlı açıq tender elan edib.

"Kommersant.az" tender şərtlərini təqdim edir:

Tender 6 lot üzrə keçirilir::

lot 1 - Xətai stansiyası üçün Metro tipli qapıların və paslanmayan metaldan müxtəlif təyinatlı metal-konstruksiyaların (maneələr, tavan, döşəmə, növbətçi üçün köşk və s.) quraşdırılması işləri
lot 2 - Xətai stansiyası üçün aliminium qapı, pəncərə, vitraj və s quraşdırılması işləri
lot 3 - Xətai stansiyasında (maşın zalında, inzibati və s otaqlarda) kondisioner sisteminin quraşdırılması işləri
lot 4 - Xətai stansiyasında (maşın zalında, yarımstansiyada, inzibati və s otaqlarda) havalandırma işləri
lot 5 - Xətai stansiyasında (maşın zalında, inzibati otaqlarda və s) santexnika işləri
lot 6 - Xətai stansiyasının girişində günlüyün ( kozeroqun) quraşdırılması işləri

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Mikayıl Rəfili 20 (Əlaqələndirici şəxs :Zakir Hacıyev, telefon :(012) 490-00-91) ünvanından ala bilərlər.

İştirak haqqı

lot 1 - 300 manat
lot 2 - 300 manat
lot 3 - 300 manat
lot 4 - 300 manat
lot 5 - 300 manat
lot 6 - 300 manat

Hesab: AZ98AZRT38050019440010268002
VÖEN 1402871431
Bank: Azər Türk Bank Mərkəz filialıÂ
Kodu: 501361
VÖEN: 9900006111
M/H: AZ02NABZ01350100000000022944
S.W.İ.F.T: AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tenderdə iştirak etmək üçün yazılı müraciət; Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır); Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; Digər sənədlər: -tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır); -tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmalıdır).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-11-16 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-11-26 17:00qədər Bakı, Mikayıl Rəfili 20 (İcraya Nəzarət, Kargüzarlıq və Təsərrüfat İşləri şöbəsi) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-11-27 15:00 tarixində Bakı şəhəri, M.Rəfili küçəsi 20, ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

  • Əvvəlki

    Bu qərardan sonra taksi sürücüləri yolu uzada bilməyəcək

Digər xəbərlər

04.08.2023 Tender
Bu agentlik tender elan etdi
5 1
03.08.2023 Tender
İcra Hakimiyyəti tender elan etdi
11 11
01.08.2023 Tender
FHN tender elan edib
15 29