"Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC 30 ədəd standart Niva avtomobili ilə bağlı açıq tender elan edib.
"Kommersant.az" tender şərtlərini təqdim edir:
Tender 1 lot üzrə keçirilir::
lot 1 - 30 ədəd standart Niva avtomobili
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Şəfaət Mehdiyev 269 (Əlaqələndirici şəxs :Təbriz İsrafilov, telefon :(012) 533-18-25) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 - 800 manat
Hesab:
AZ23AİİB38030019443701778107
VÖEN
1302005671
Bank:
Kapital Bank 1 saylı Xətai filialıÂ
Kodu:
200071
VÖEN:
9900003611
M/H:
AZ37NABZ01350100000000001944
S.W.İ.F.T:
AIIBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Tenderdə iştirak etmək üçün yazılı müraciət;Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);Tender təklifi dəyərinin 2 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;Digər sənədlər: - 5-ci bənddə qeyd olunan sənədlər dövlət sosial müdafiə orqanından da alınmalıdır; - Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə); - Müvafiq nəqliyyat vasitəsinin ölkə ərazisində satılması üçün səlahiyyətinin olması ilə bağlı sənədin müvafiq qaydada təsdiq edilmiş surəti; - Tenderin Əsas Şərtlər Toplusunda göstərilən bütün digər sənədlər;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-12-04 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-12-12 17:00qədər Bakı, Şəfaət Mehdiyev 269 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-12-13 15:00 tarixində Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, 269 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.