Amerikanın məşhur marketinq platforması olan "HushHush" yeni işçi axtarır.
"Kommersant.az" xəbər verir ki, bu barədə "The Sun" nəşri yazıb.
Qəzetin məlumatına görə, şirkətin açdığı vakansiya ildə 100 min dollar maaş vəd edir. İş isə sadəcə bahalı yaxtalar, avtomobillər və özəl təyyarələrin satışa çıxarılmazdan öncə sınaqdan keçirməkdən və dəyərləndirməkdən ibarətdir.
Əlavə olaraq, iş səyahəti imkanı da var. Belə ki, işçi dünyanın müxtəlif bölgələrində yerləşən adaları və əmlakları görmək üçün mütəmadi səyahət edəcək.
Qeyd edək ki, "HushHush" şirkətinə 29 yaşlı Briton Aaron Harpin adlı iş adamı başçılıq edir. "HushHush"ın müştəriləri varlı şəxslər olduğu üçün şirkətin dəyəri də olduqca yüksəkdir.