Bank “BTB” ASC-nin kadr siyasəti yüksək səviyyəli mütəxəssislərin bir arada işləməsini təmin etməkdir.
Belə ki, hazırda bankda 330-dan artıq əməkdaş çalışır. Keçən illə müqayisədə işçi heyətinin sayı 9%-dək artıb. Hazırda bankda 9 aktual vakansiya var. Bunlardan 6 vakansiya üzrə müxtəlif dərəcəli mütəxəssislər və 3 vakansiya üzrə isə rəhbər tələb olunur. Bank BTB-də karyerasını qumaq arzusunda olanlar, aşağıda ki vakansiyalar üzrə 30 aprelədək müraciət edə bilərlər:
1. İT departamentinin Texniki dəstək şöbəsinin mütəxəssisi
2. Proqramlaşdırma şöbəsinin Baş Mütəxəssisi
3. Kiçik və orta biznes kreditləri üzrə Baş mütəxəssis
4. Kredit portfelinə nəzarət bölməsinin Aparıcı mütəxəssisi
5. Katibə-referent
6. Müştəri xidmətləri şöbəsinin aparıcı mütəxəssisi
7. Müştəri xidmətləri şöbəsinin rəhbəri
8. Kredit şöbəsinin rəhbəri
9. Marketinq departamentinin Direktoru
Vakansiyalar haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.